"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa yığmasına dəvət alıb.
Offsideplus.az xəbər verir ki, Polşa milli komandası noyabrın 14-də Niderland, 17-də isə Malta ilə üz-üzə gələcək.
Koxalski ilk dəfə bu ilin iyununda milli komandaya çağrılıb.
Əsas qapıçı Lukaş Skorupski zədəli olduğu üçün yığmanın qapısını 25 yaşlı qolkiper qoruya bilər.