EN

"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir fəsil açır - VİDEO

"Euronews" telekanalı 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi parad haqqında reportaj hazırlayıb.
 
Moderator.az xəbər verir ki, reportajda bu qələbə ilə Bakının onilliklərlə davam edən qanlı münaqişəyə son qoyduğu və yeni sülh fəslini açdığı vurğulanır.
 
Videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda verdiyi açıqlamalar diqqətə çatdırılır.
 
Qələbənin strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olduğu və Qarabağın bərpasına yol açdığı qeyd olunur.
 
Reportajın müəllifləri, həmçinin Prezident İlham Əliyevin 6 noyabrda Bakıda NATO nümayəndə heyəti ilə görüşünü də qeyd edirlər. "Euronews" bildirir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı enerji təhlükəsizliyi və regional əlaqələri, eləcə də sülhməramlı əməliyyatlarda əvvəlki iştirakını əhatə edir.
 
Telekanal xatırladır ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.
 
Videomaterialda, həmçinin TRIPP layihəsi (Zəngəzur dəhlizi) barədə də danışılır.
Chosen
22
3
moderator.az

4Sources