EN

Goranboyda maşın aşdı, sürücü yaralandı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, qəza rayonun Rəhimli kəndində qeydə alınıb.
 
Rayon sakini, 1988-ci il təvəllüdlü F.Məmmədov idarə etdiyi avtomobili yolun kənarına aşırdıb.
 
Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Qəza yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Chosen
10
7
moderator.az

9Sources