EN

Qızılın qiyməti yenidən qalxdı

Dekabr 2025-də təhvil üçün nəzərdə tutulan fyuçerslərin qiyməti son iki həftənin maksimumuna çatıb.

Publika.az xəbər verir ki, bu barədə Nyu-York Əmtəə Birjası (Comex) məlumat yayıb.

2025-ci ilin dekabrında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 150 ABŞ dollarını ötüb. Bu, 24 oktyabrdan bəri qeydə alınan ən yüksək göstəricidir.

Bakı vaxtı ilə saat 07:33-ə olan məlumata əsasən, qiymət 3,63% artaraq 4 153,4 dollara yüksəlib. Bir neçə dəqiqə sonra artım sürətlənərək 4 153,5 dollara (+3,64%) çatıb.

Chosen
38
3
publika.az

4Sources