EN

Konte "Qarabağ"ın rəqibindən ayrılır - Özü açıqladı

"Napoli"nin baş məşqçisi Antonio Konte komandadakı hazırkı durum və daxili ab-havadan danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" təcrübəli mütəxəssisin fikirlərini belə təqdim edib:

"Beş oyunda uduzursansa, deməli, nəsə səhv var. Dəyişikliklər edilməlidir — mən komandanın ölümünü seyr etmək fikrində deyiləm. Lazım gələrsə, məsuliyyəti ilk mən öz üzərimə götürəcəm.

Hazırda özümü inamlı hiss etmirəm. Hər kəs yalnız öz problemlərinə diqqət yetirir. Heç kimə ürək transplantasiyası verə bilməzsiniz - hər kəs öz ruhunu, qəzəbini və mübarizə iradəsini tapmalıdır. Yalnız nə etdiyiniz deyil, bunu necə etdiyinizdir. Minimum iş görmək başqa, böyük ambisiyaları olan klubda oynamaq başqa şeydir. Hələ ki, hər kəs yalnız öz "bağçası" ilə məşğuldur, mən əvvəllər də belə halla qarşılaşmışam. Ona görə də klub rəhbərliyi ilə bunu ciddi müzakirə etmək niyyətindəyəm".

İtaliya çempionatında keçirdiyi 11 oyundan sonra aktivində 22 xal olan "Napoli" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb və liderdən iki xal geri qalır.

Mirağa

Chosen
29
fanat.az

1Sources