EN

Əl Şaraa və Tramp Suriya-ABŞ əlaqələrinin gücləndirilməsini müzakirə etdilər

Suriya və ABŞ prezidentləri - Əhməd Əl Şaraa və Donald Tramp Ağ Evdə keçirilən görüşdə rəsmi Dəməşqlə Vaşinqton arasında ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

 

Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində xəbər yayıb.

 

"Görüş zamanı tərəflər Suriya Ərəb Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri və onları gücləndirməyin yollarını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər", - paylaşımda bildirilir.

 

Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani, onun amerikalı həmkarı Marko Rubio və ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tomas Barrak da iştirak ediblər.

 

İki lider arasında görüş 10 noyabrda Ağ Evdə baş tutub.

 

Görüşdən sonra Əhməd əl Şaraa Ağ Evin önündə onu gözləyən suriyalıları salamlayıb və bu zaman coşqulu anlar yaşanıb...


Chosen
22
2
senzor.az

3Sources