EN

ABŞ Senatı bu qanun layihəsini təsdiqləyib

ABŞ Senatı federal hökumətin 30 yanvar 2026-cı ilə qədər fəaliyyətini yenidən bərpa etməsi ilə bağlı qanun layihəsini təsdiqləyib və yekun təsdiq üçün Nümayəndələr Palatasına göndərib.

“İki sahil” xəbər verir ki, səsvermə ABŞ telekanallarında yayımlanıb.

Səsvermənin nəticələrinə əsasən sənədi 60 senator dəstəkləyib, 40 senator isə əleyhinə çıxıb.

Qanun layihəsi indi Nümayəndələr Palatasına göndəriləcək. Bundan sonra ABŞ Prezidenti Donald Tramp onu imzalamalıdır. Proses bir neçə gün çəkə bilər.

Xatırladaq ki, ABŞ-nin federal hökuməti 1 oktyabr gecəyarı (Bakı vaxtı ilə səhər saat 8:00) maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb. Bu, ABŞ Konqresindəki hakim Respublikaçı və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Tərəflər bir-birini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlər üçün yubandırmaqda ittiham edirlər.

Chosen
47
30
ikisahil.az

10Sources