EN

Ukraynada “xəndək xəstəliyi” geri döndü – ölümcül qazlı qanqrena

Ukraynadakı hərbi həkimlər qazlı qanqrena hallarını qeydə alır – bu, əzələ və toxumaları bir neçə saata məhv edən ölümcül infeksiyadır.

Musavat.com xəbər verir ki, "The Telegraph" yazır ki, bu xəstəlik Avropada xeyli zaman idi görünmürdü, lakin uzunmüddətli döyüşlər və yaralıların tez evakuasiya edilə bilməməsi səbəbindən yenidən ortaya çıxıb.

Hərbi həkimlərin sözlərinə görə, hava təhlükəsi səbəbindən yaralılar xəndəklərdən və yeraltı sığınacaqlardan çıxarıla bilmir, oradakı şərait isə steril deyil. Bu yaralarda oksigen çatışmadığı üçün Clostridium bakteriyaları sürətlə inkişaf edir və qanqrenaya səbəb olur. Antibiotik çatışmazlığı və bakteriyaların müqavimətinin artması vəziyyəti daha da ağırlaşdırır.

Könüllü Aleks deyib: “Əgər açıq sahəyə çıxsaq, dron bizi öldürər. İnsanlar həftələrlə yeraltında qalır".

Həkimlərin xəbərdarlığına görə, təcili cərrahiyyə və antibiotiklər olmadan qazlı qanqrena zamanı ölüm riski 100%-ə yaxındır.
Hadisə Ukraynada müasir döyüşlərin sağlamlıq və humanitar fəsadlarını bir daha gündəmə gətirir.

 

Musavat.com

Chosen
41
50
musavat.com

10Sources