EN

Tramp aviadispetçerlərə ultimatum verdi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp aviadispetçerlərdən iş yerlərinə qayıtmağı tələb edib, işə çıxmayanları isə maaşlarının azaldılacağı ilə hədələyib.Demokrat.az xəbər verir ki, o bu barədə "Truth Social" hesabında yazıb."Bütün aviadispetçerlər dərhal işə qayıtmalıdırlar!", - o yazıb.Ağ Ev rəhbəri şatdaun şəraitində işləməyə davam edənlərə 10 min dollar bonus vəd edib."Demokratların şatdauna dair saxta məlumat yaymaları səbəbindən məzuniyyət götürməyən və böyük vətənpərvərlik nümayiş etdirən aviadispetçerlərə, ölkəmiz qarşısındakı görkəmli xidmətlərinə görə hər adama 10 000 dollar bonuz tövsiyə edəcəyəm", - o bildirib.Xatırladaq ki, ABŞ-də aviadispetçerlər şatdaun başlayandan (oktyabrın 1-dən) bəri maaşsız işləyirlər. Hava limanlarında kadr çatışmazlığı səbəbindən sərnişinlər kütləvi reys ləğvi və gecikmələrlə üzləşiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources