Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslamHəmrəyliyi Oyunlarının boks yarışlarının final görüşlərikeçirilib.
Trend-inməlumatına görə, bokçumuz Səidcəmşid Cəfərov (80 kq) finalgörüşündə Sultan Osmanlıya (Türkiyə) qalib gələrək qızıl medalasahib olub.
Azərbaycan millisinin daha bir üzvü Məhəmmədəli Qasımzadə (60kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gəlib. FinaldaÖzbəkistan təmsilçisinə məğlub olan Məhəmmədəli Qasımzadə gümüşmedal qazanıb.
Qadın boksçumuz Aynur Mikayılova (57 kq) finalda XumorabonuMamajonovaya (Özbəkistan) məğlub olaraq gümüş medal qazanıb. Dahabir qadın boksçumuz Nərgiz Zeynalova (54 kq) da ikinci yeritutub.