EN

Federiko Kyeza İtaliya millisindən imtina etdi - Qattuzo qərarı şərh etdi

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo “Liverpul”un hücumçusu Federiko Kyezanın noyabr ayında keçiriləcək DÇ-2026-nın seçmə oyunlarında iştirak etməyəcəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisin sözlərinə görə, futbolçu qərarını şəxsi səbəblərlə izah edib:

“Onunla tez-tez danışıram. Hər kəsin şəxsi qərarına və problemlərinə hörmətlə yanaşmalıyıq. Biz bir-birimizi yaxşı anlayırıq və mən futbolçunun dediklərinə hörmət etməliyəm. Bundan artıq heç nə deyə bilmərəm” 

Bu mövsüm Federiko Kyeza “Liverpul”un heyətində bütün turnirlərdə 12 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya millisi növbəti matçlarında 13 noyabrda Moldova, 16 noyabrda isə Norveç yığması ilə qarşılaşacaq.

Chosen
86
90deqiqe.az

1Sources