EN

Tramp Şara ilə Ağ Evdə görüşdü

Tramp Şara ilə Ağ Evdə görüşdü

ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Əhməd Şara Ağ Evdə mətbuata bağlı görüş keçirib.

Görüş 1,5 saat davam edib və Ağ Evdən görüş barədə hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə, görüş zamanı Suriya üzərinə qoyulmuş sanksiyaların ləğvindən tutmuş regional məsələlərə qədər bir çox mövzu müzakirə olunub.

Suriya Prezidenti Şara Ağ Evdən çıxarkən özünü gözləyən suriyalılara avtomobildən düşərək salam verib.

Şara ilə Tramp arasındakı görüş bir Suriya dövlət başçısının Ağ Evdə ABŞ prezidenti ilə keçirdiyi ilk görüş kimi tarixə düşüb.

Chosen
21
afn.az

1Sources