EN

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.

Chosen
11
7
azerbaijan-news.az

8Sources