Türkiyənin Balıkesir vilayətində 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Manset.azyerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb. Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.
Yeraltı təkanlar bir çox vilayətlərdə hiss olunub. Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.
Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.