EN

Azərbaycan millisinin futbolçusuna cinayət işi açıldı

Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştiraka görə 1024 futbolçunun adını Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Modern.az xəbər verir ki, oyunçular barəsində cinayət işi açılıb.

Cinayət işi açılan futbolçular arasında Azərbaycan millisinin üzvü Mert Çelik də var.

Hazırda “Sivasspor”da oynayan Çelik istintaq bitənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.

Chosen
14
8
modern.az

9Sources