EN

Boşansalar da, eyni evdə yaşayırmışlar... - Bakıdakı qətlin təfərrüatı - VİDEO

Biləcəri qəsəbəsində baş verən qətl hadisəainin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 69 yaşlı Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində özündən 10 yaş kiçik həyat yoldaşı Nərminə Bədəlovanı balta ilə qətlə yetirib.

Daha sonra onun da meyiti həmin mənzildə tapılıb.

Hadisə ilə bağlı qonşular bildiriblər ki, cütlük uzun müddət ailə kimi yaşayıb, lakin məhkəmə qərarı ilə boşanıblar. Boşandıqdan sonra kişi evdən çıxıb, təxminən 6 ay ayrı yaşayıb. Sonradan yaşayış hüququ əldə etdikdən sonra yenidən eyni mənzildə, lakin ayrı otaqlarda yaşamağa başlayıblar.

“Bir evdə sakit yaşayırdılar, kişi ayrı, qadın ayrı otaqda qalırdı. Aralarında yenidən mübahisə yaranıb, kişi qadını balta ilə vurub, yəqin ki, şah damarını kəsib”, - deyə qonşulardan biri bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

 

Chosen
19
7
bakivaxti.az

9Sources