EN

Eskişehirdə Zəfər Günü bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Eskişehir Azərbaycanlıları Dərnəyi (ESAZDER) və TürkiyəAzərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığıilə “44 Günə Yazılan Dastan: Qarabağ Zəfəri” adlı panel və bayramtədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, EskişehirinTaşbaşı Mədəniyyət Mərkəzində baş tutan tədbirdə AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrininbirinci müavini Valeh Hacıyev, TADEF sədrinin müşaviri PərvizMəmmədzadə, rəsmi şəxslər, siyasi partiyaların və QHT-lərinnümayəndələri, akademiklər, tələbələr və çoxsaylı vətəndaşlariştirak ediblər.

Açılış nitqində Valeh Hacıyev qeyd edib ki, Qarabağ ZəfəriAzərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin mənəvi dəstəyi iləqazanılmış bir dastandır: "Bu zəfər Türk birliyinin nə qədər güclüolduğunun ən canlı sübutudur".

Çıxışlardan sonra tədbir panel iclası ilə davam edib. EskişehirOsmanqazi Universitetinin professoru Fərzanə Dövlətabadininmoderatorluğu ilə baş tutan paneldə Kahramanmaraş Sütçü İmamUniversitetinin professoru Toğrul İsmayıl və Ankara UniversitetiHüquq Fakültəsinin professoru Cavid Abdullazadə çıxış edib.

Məruzələrdə Qarabağ Zəfərinin beynəlxalq hüquqi aspektləri,bölgədə yaratdığı geosiyasi nəticələr və türk dünyası üçün stratejiəhəmiyyəti barədə fikirlər səsləndirilib.

Paneldən sonra ESAZDER gəncləri tərəfindən təqdim olunan rəqs vəmusiqi proqramı tədbir iştirakçılarının böyük marağı iləqarşılanıb.

Kamilə Bağırzadənin “Ağ Çiçəyim” rəqsi, Ayan Süleymanovanınoxuduğu "Azərbaycan" mahnısı, Davud İbrahimov və SəmaNiftəliyevanın “Uzundərə” xalq rəqsi, həmçinin Elvin Məmmədlininmuğam ifası tamaşaçılara duyğulu anlar yaşadıb.

Proqram Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş videonuntəqdimatı və səhnədə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Dərnəyin sədri Cavid Aydın çıxışında Azərbaycan–Türkiyəqardaşlığının tarix boyunca sarsılmaz bağlara söykəndiyinivurğulayıb: "Qarabağ Zəfəri iki qardaş ölkənin könül birliyininsimvoludur. Biz bu ruhu gənclərimizə ötürməyə və yaşatmağa davamedəcəyik".

Sonda tədbir iştirakçıları Qarabağ Zəfərinin Türk dünyasındayaratdığı birlik, güvən və qürur hissini bir daha xatırladaraq“Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!” şüarı ilə tədbiriyekunlaşdırıblar.

Eskişehirdə
Eskişehirdə
Eskişehirdə
Eskişehirdə
Eskişehirdə
Eskişehirdə
Chosen
153
5
az.trend.az

6Sources