EN

Türkiyədə 600-ə yaxın futbolçu mərc işi üzrə istintaqa çağırılıb

Türkiyədə 600-ə yaxın futbolçu mərc qalmaqalı ilə bağlı istintaqa cəlb edilib.

Far.Az-in yerli mediaya istinadən verdiyi xəbərə görə, dindirilməyə çağırılanlar arasında futbolçularla yanaşı, bəzi məşqçilər və menecerlər də var. Onların Albaniya, Bolqarıstan və tanınmamış Şimali Kiprdə fəaliyyət göstərən qeyri-qanuni mərc saytlarında oyunlara pul qoyduqları bildirilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu açıqlamışdı ki, futbol matçlarına mərc etdikləri üçün 149 hakim vəzifəsindən uzaqlaşdırılıb.

Bundan sonra Türkiyə prokurorluğu 21 nəfərin, o cümlədən 17 hakimin və ölkənin aparıcı futbol klublarından birinin prezidentinin həbsi üçün order verib. İstanbul Baş Prokurorluğunun məlumatına əsasən, paytaxt və 11 vilayətdə keçirilən koordinasiyalı əməliyyatlar zamanı ən azı 18 nəfər saxlanılıb.

Chosen
35
far.az

1Sources