ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriya prezidenti Əhməd əl-Şara ilə danışıqlara başlayıb .
Reuters bu barədə məlumat yayıb.
"Suriya prezidenti Ağ Evə saat 11:37-də gəlib. Prezident Trampla prezident əl-Şaraa arasında görüş başlayıb", - Ağ Evdən bildiriblər.
ABŞ və Suriya liderləri arasında görüş bağlı qapılar arxasında keçirilir. Bu, Suriya liderinin 1946-cı ildən bəri ABŞ-a ilk səfəridir.