Bakı, 10 noyabr, AZƏRTAC
Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyərək, Senatdakı son səsverməni şatdauna son qoymaq üçün müsbət irəliləyiş adlandırıb.
AZƏRTAC-ın məlumatına görə, Ağ Evdən verilən bəyanatda bildirilir ki, Prezident Tramp ilk gündən Demokratlar Partiyasının bağladığı hökumətin yenidən açılmasını istəyib."Senatdakı səsvermə müsbət bir inkişafdır və biz onun irəliləyəcəyini səbirsizliklə gözləyirik”, - deyə bəyanatda bildirib.
Nümayəndələr Palatasının keçirəcəyi səsvermədən sonra bu həftə ərzində ABŞ-da şatdauna son qoyulacağı gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton