EN

Türkiyədə klub prezidenti və 3 hakim həbs olundu

Türkiyədə “Eyüpspor” klubunun prezidenti və üç hakim mərc qalmaqalına görə həbs edilib. 

“Qafqazinfo”nun “TRT Haber”ə istinadən yaydığı xəbərə görə, “hakimlərin mərc saytlarına üzvlüyü” ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 18 nəfər saxlanılıb.  

Onlar arasında “Eyüpspor”un prezidenti Murat Özkaya, həmçinin, hakimlər Erkan Arslan, Nevzat Okat və Yakup Yapıcı da var.  

Altı nəfər şərti azadlığa buraxılıb, doqquz nəfərlə bağlı məhkəmə prosesi isə davam edir.

"Cebheinfo.az"

Chosen
27
2
cebheinfo.az

10Sources