ABŞ Prezidenti Donald Tramp və Suriyanın dövlət başçısı Əhməd əş-Şaraa arasında Ağ Evdə görüş keçirilib.
Musavat.com xəbər verir ki, iki lider arasında baş tutan görüşdə regional təhlükəsizlik məsələləri, İŞİD-lə mübarizə və Suriya ilə ABŞ arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Məlumata görə, tərəflər terrorla mübarizədə birgə addımların atılması, həmçinin humanitar vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırıblar.
Əhməd əş-Şaraa-nın Vaşinqtona səfəri son illər iki ölkə münasibətlərində ən mühüm diplomatik addımlardan biri kimi dəyərləndirilir.
Qeyd edək ki, Suriya Prezidenti bu ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün də ABŞ-də səfərdə olub.
Musavat.com