EN

Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

Day.Az-ın məlumatına görə, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Chosen
24
11
day.az

10Sources