EN

PFL və “CBC Sport” Yevlax şəhər stadionunda yenə qüsurlar tapdı! indi də gülməli stul söhbəti...

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümün əvvəlindən bəri ev oyunlarını Şamaxı şəhər stadionunda keçirən “Karvan-Yevlax”ın “doğma divarlar” arasında qayıtması tilsimə düşüb. Komanda Yevlax şəhər stadionunda görülən işləri böyük ölçüdə sona çatdırsa da, bəzi problemlər hələ də aradan qaldırılmayıb. Bu mövzuya bir qədər sonra yer verəcəyik. Əvvəlcə klubun idman direktoru Kənan Kərimovun hadisələrin axarıyla bağlı noyabrın 5-də “Futbol+”ə verdiyi açıqlama ilə tanış olun: “Yenilənmiş qazonu sınaqdan keçirmək məqsədilə Region Liqasında çıxış edən “Bərdə” ilə yoxlama oyununda qarşılaşdıq. Matçı izləyənlər arasında AFFA-nın və Peşəkar Futbol Liqasının əməkdaşları da var idi. Hazırda onlardan yekun cavab gözləyirik. Stadionda görülən bütün işlər başa çatıb. İnanırıq ki, qurumlardan da müsbət rəy alacağıq və “Kəpəz”ə qarşı ev matçını Yevlax şəhər stadionunda keçirə biləcəyik”.Göründüyü kimi, “Karvan-Yevlax” bütün işlərin başa çatdırıldığını iddia edir. İş ondadı ki, PFL-in bu məsələ ilə bağlı mövqeyini öyrənəndə gözlədiyimiz cavabı almadıq. Dəqiq desək, qurumun Media və Marketinq direktoru Sənan Abdullayev bildirdi ki, idman qurğusunda hələ bəzi çatışmazlıqlar var: “Əvvəlcə “Karvan-Yevlax”a stadionun premyer-liqa səviyyəsinə çatdırılması istiqamətində gördüyü işlərə və əməkdaşlığa görə təşəkkür edirik. Bəli, noyabrın 4-də stadionda test oyunu keçirilib və həmin görüşdə Peşəkar Futbol Liqasının, eləcə də “CBC Sport” telekanalının əməkdaşları iştirak edib. Görülən işlər ümumilikdə müsbət qiymətləndirilsə də, aparılan müşahidələr nəticəsində bəzi çatışmazlıqların hələ də mövcud olduğu müəyyən edilib. Bununla bağlı kluba rəsmi şəkildə müraciət olunub. Klub tərəfindən o qədər böyük işlər görülübsə, inanırıq ki, bu çatışmazlıqları aradan qaldırmaq da çətin olmayacaq. Oyunun keçirilməsi ilə bağlı qərar veriləcəyi zaman saytımızda əlavə məlumat yerləşdiriləcək”.Bəs söhbət hansı çatışmazlıqlardan gedir? Dünən bu sualla yenidən Kənan bəyə müraciət etsək də, dəstəyi qaldırmadı. Belədə klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik. O, media sektorunda kifayət qədər oturacağın olmadığını, daha doğrusu, 10 stulun olduğunu, daha 10-na ehtiyac olduğunu bildirdi. Bununla yanaşı, “miks zona”nın yeri dəyişməlidi. Digər problem isə yenilənmiş süni ot örtüyünə görə hələ də FİFA-dan sertifikat verilməməsidi. Klub rəsminin sözlərinə görə, bu problem yaxın 2-3 gün ərzində həllini tapacaq və komanda Misli premyer-liqasının 12-ci turu çərçivəsində “Kəpəz”i məhz Yevlaxda qəbul edəcək. Qeyd edək ki, bu oyun noyabrın 21-də olacaq.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources