EN

32 yaşlı qadın əri tərəfindən BIÇAQLANDI – YENİLƏNİB

10.11.2025-ci il tarixində saat 14:50 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, sağ əl üst nahiyəsinin və alın nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilmiş pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

Gəncədə bıçaqlanma olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şeybahəddin küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü Aysel Musayeva başının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadının başına tikiş qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə 32 yaşlı qadını həyat yoldaşı başından bıçaqla vurub.

Fakt araşdırılır.

Chosen
28
nocomment.az

1Sources