İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində 18 nəfər saxlanılıb.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Eyüpspor" klubunun prezidenti Murat Özkaya və 3 hakim Yakup Yapıcı, Erkan Arslan, Nevzat Onat mərc oyunu ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
Qeyd olunur ki, altı hakim azadlığa buraxılıb, digər doqquzuna qarşı məhkəmə prosesi davam edir.