EN

Əvvəlcə arvadını, sonra isə özünü öldürdüVİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən yaşayış binalarının birində qətl hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakini Yaşar Bədəlov həyat yoldaşını öldürüb.

O, qətli törətdikdən sonra oğluna zəng vuraraq anasını öldürüyü barədə məlumat verib. Daha sonra isə özünü mənzilin içərisindəki qaz borusundan asıb.

Qonşular deyir ki, ailə bu mənzilə 3-4 il əvvəl köçüb və bu vaxta qədər aralarında münaqişə yaşandığının şahidi olmayıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
77
xezerxeber.az

1Sources