EN

"Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"

"Bu gün Azərbaycan mədəniyyəti üçün nələrsə edə biləcəyim halda görürəm ki, atla itin, şorla yağın qiyməti birdir. Çıxırsan konsert verirsən, alqış alırsan. Biz hökumətin dəyərini istəyirik. Ona görə yox ki, hökumətdən dəyər gözləyirik, yox. Dəyər elə adamlara verilir ki... Baxıb, deyirsən... Ya onların güzgüsü əyridir, ya da mən blmirəm sənət nədir".

Bu sözləri aktyor Kamran Yunis "Rövşanə ilə gündəm" yutub layihəsində deyib. O, aktyorlara dəyər verilməməsindən şikayətlənib. Hazırda işsiz olan aktyor bunları əlavə edib:

"Niyə müraciət edim ki? Hamı bilir ki, işsizəm. Çağırsalar ki, getmərəm. Mədəniyyət nazirliyinin bir işçisi ilə martda bir problemimlə bağlı danışdım. Qayıtdı ki, sizi nazirlə görüşdürəcəyəm. Dedim, görüşdürməyəcəksən. Görüşdürmədi də. Gedib çobanlıq etmək istəyirəm. Bu mənim üsyanımdır".

K.Yunis aparıcı Rövşanə Ağasəfqızının "Aktyoru addım-addım tamadalığa gətirdilər" sözlərinə belə reaksiya verib:

"Elə sənət orada batdı. Bilirsiniz nələrə məcburam? Dilənçiliyə, əxlaqsızlığa məcburam. Sənətçiləri əxlaqsızlığa gətirən nə oldu? Teatrdan, kinodan ala bilmədiklərini nədənsə və kimdənsə almağa başladılar. Əxlaqsız olan sənətçi yox, onu həmin hala gətirən amildir. Son vaxtlar pozğunları qınamıram. TikTok-da özünü satmağa qoyanları qımnamıram. Nə baş verir ki, o hala gəlir? Heç kim bu dünyada əxlaqsız olmaq istəmir. Onu ona vadar edən var". /Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
7
olaylar.az

8Sources