EN

70 yaşlı kişi meşədə tapdı: 3 kilo 114 qram gəldi

ain.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin Kütahya bölgəsinin Demirciören kəndində yaşayan yaşlı bir kişi meşədə göbələk axtararkən nəhəng bir göbələk tapıb.

Sherg.az xəbər verir ki, Təbiətdə “Akça” adı ilə tanınan göbələyi toplamaq üçün meşəyə getdiyini bildirən 70 yaşlı Arif İnce deyib:

“Böyük bir kütlə gördüm, maraqlandım. Yanına yaxınlaşanda bunun çox böyük bir göbələk olduğunu gördüm. Həyatımda ilk dəfə bu qədər iri bir göbələk tapdığıma inanıram.”

İnce tapdığı göbələyi evə gətirərək çəkidə ölçdüyünü və onun 3 kilo 114 qram gəldiyini bildirib.

“70 yaşım var, ilk dəfə bu qədər böyük bir göbələklə qarşılaşıram,” – deyən yaşlı kişi, göbələyi görənlərin də heyranlığını gizlədə bilmədiyini söyləyib.

Arif İnce əlavə edib ki, tapdığı bu nəhəng göbələyi doğrayıb bişirərək yeyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
sherg.az

1Sources