EN

Suriya Prezidentinə qarşı sui-qəsd planları zərərsizləşdirilib - İŞİD izi

Suriya təhlükəsizlik qüvvələri Prezident Əhməd Əl Şaraanın həyatına qarşı planlaşdırılmış iki ayrı sui-qəsdin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki yüksək səviyyəli rəsmi məlumat verib.

Mənbələrin sözlərinə görə, hadisələrdən biri dövlət başçısının iştirakı ilə əvvəlcədən elan edilmiş rəsmi tədbirlə əlaqədar planlaşdırılıb. Məsələnin həssas xarakteri səbəbindən əlavə təfərrüatlar açıqlanmayıb.

Suriya İnformasiya Nazirliyi təhlükəsizlik səbəblərinə görə konkret sui-qəsd planları barədə şərh verməsə də, bildirib ki, İŞİD hələ də “Suriya və region üçün real təhlükə” olaraq qalır. Nazirlik əlavə edib ki, son on ay ərzində təhlükəsizlik orqanları ibadət yerləri də daxil olmaqla, bir sıra obyektlərə qarşı planlaşdırılan İŞİD hücumlarını zərərsizləşdirib.

“Reuters”in məlumatına əsasən, bu hadisə Prezident Əl Şaraanın ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyaya qoşularaq İŞİD-lə mübarizədə yeni mərhələyə keçmək niyyətini nümayiş etdirdiyi bir vaxta təsadüf edir. Mütəxəssislər hesab edirlər ki, bu cəhdlər 14 ildir davam edən və ölkəni dağıntılara sürükləmiş vətəndaş müharibəsi fonunda liderin təhlükəsizlik risklərini daha da artırır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
40
musavat.com

1Sources