Suriyada Prezident Əhməd əl-Şaraaya qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, qəsdi “İslam Dövləti” həyata keçirməyi planlayıb.
Sui-qəsdlərin üstü son bir neçə ay ərzində açılıb. Sui-qəsdlərdən biri Əhməd əl-Şaraanın iştirak etməli olduğu “əvvəlcədən elan edilmiş nişan mərasimində” həyata keçirilməsi planlaşdırılırdı.
Digər qəsdlə bağlı isə məlumat yoxdur.