EN

Norveç və İsrail arasında qarşıdurma yarandı

Norveçin baş naziri Jonas Gahr Store ölkənin Fələstin Komitəsinin dəstəklədiyi mərasimə qatıldıqdan sonra Norveç və İsrail arasında qarşıdurma yaranıb.

Turkustan.az xəbər verir ki, Norveçin paytaxtı Osloda öz icmaları tərəfindən təşkil edilən anma tədbirinə qatılmamağı seçdikdən sonra İsrail Baş nazir Store Store-u "İsrail və yəhudilərə qarşı düşmənçilik"də günahlandırsa da, Baş nazirlik Store-un bu ittihamlardan uzaqlaşdığını bildirib.

İsrailin iddiaları ilə bağlı Norveçin NRK telekanalına danışan Baş Nazirlik İdarəsinin dövlət katibi Kristoffer Thoner İsrailin irəli sürdüyü ittihamların əsassız və məntiqsiz olduğunu bildirib.

Store-un bu ittihamlardan uzaqlaşdığını ifadə edən Thoner, "Norveç hökuməti antisemitizmin hər növü ilə mübarizədə ardıcıl və açıq bir öhdəliyə malikdir. Baş nazir qatıldığı mərasimdə bunu vurğuladı. Norveçdəki bütün yəhudilər təhlükəsiz olmalıdır" dedi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
17
1
turkustan.az

2Sources