EN

150 il yaşamaq reallığa çevrilir

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Çində insan ömrünü 150 ilədək uzada bilən preparat hazırlanır.Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, Şençjendə yerləşən “Lonvi Biosciences” şirkəti üzüm tumu ekstraktına əsaslanan qocalma əleyhinə (“anti-aging”) həb hazırlayıb. Layihənin əsasında Şanxaydan olan çinli alimlərin “The New York Times” nəşrində dərc olunmuş araşdırması dayanır.Alimlər müəyyən ediblər ki, üzüm tumundan əldə olunan protsianidin - “PCC1” adlı maddə siçanların ömrünü 10 faizdən 60 faizə qədər artırır.Şirkətin texniki direktoru Lyu Tsinxua bildirib ki, 150 il yaşamaq tamamilə realdır və bir neçə ildən sonra bu preparatın tətbiqi mümkün olacaq.Qeyd edək ki, bu məsələ ŞƏT sammiti zamanı (uzunömürlülük və orqan transplantasiyası məsələləri müzakirə edilərkən) Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin görüşərkən, onlar tərəfindən də səsləndirilmişdi.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
reyting.az

2Sources