EN

Qazaxıstanın vasitəçiliyinin uğur şansı məhduddur RƏY

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazaxıstan Ukraynadakı münaqişənin həlli üçün danışıqlar platforması rolunu oynamağa hazırdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.Ukraynada atəşkəsin əldə olunmasının mümkün olduğunu vurğulayan Tokayev bildirib ki, Qazaxıstan Ukrayna-Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır: "Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində atəşkəs təklifi ilə artıq irəliyə doğru böyük addım atıb".

Tokayevin açıqlamasını şərh edən politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Qazaxıstanın Ukrayna-Rusiya danışıqlarına vasitəçilik təklifi regionda sabitlik və sülh təşəbbüslərinin davamı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Prezident Kasım-Jomart Tokayevin bu açıqlaması Astananın balanslı xarici siyasət kursunun məntiqi nəticəsidir:

"Qazaxıstan həm Rusiya ilə strateji tərəfdaşdır, həm də beynəlxalq hüququn və dövlətlərin suverenliyinin qorunmasını müdafiə edir. Bu baxımdan, onun vasitəçi kimi çıxış etməsi həm regional, həm də diplomatik baxımdan məntiqli görünür. Lakin reallıqda Qazaxıstanın vasitəçiliyinin uğur şansı məhduddur. Çünki Ukrayna-Rusiya münaqişəsi artıq iki ölkənin sərhədlərini aşaraq qlobal güclər, xüsusilə ABŞ və NATO ilə Rusiya arasında geosiyasi qarşıdurma müstəvisinə keçib. Bu səbəbdən, danışıqların formatı və nəticəsi təkcə Moskva və Kiyevin iradəsindən deyil, həm də Qərbin mövqeyindən asılı olacaq".

Rusiya Prezidentinin Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində atəşkəs təklifinə gəldikdə isə politoloq qeyd edib ki, Putin mahiyyət etibarilə Kiyevdən birtərəfli güzəşt tələb edir. Ukrayna tərəfinin isə belə bir təklifi qəbul etməsi real görünmür:

"Bu, faktiki olaraq Rusiyanın Donbasdakı nəzarətini legitimləşdirmək deməkdir. Kiyev yalnız öz ərazi bütövlüyü təmin olunacağı halda real danışıqlara maraqlı ola bilər. Hazırda müharibənin gedişatında tərəflər arasında ciddi etimad böhranı var və hər iki tərəf döyüş meydanında mövqelərini möhkəmləndirməyə çalışır. Buna görə də yaxın perspektivdə genişmiqyaslı sülh razılaşmasının əldə olunması real görünmür".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
sherg.az

1Sources