EN

“Azərbaycan yenə tarix yazdı”

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

"8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən möhtəşəm parad bir daha sübut etdi ki, Azərbaycan təkcə qalib dövlət deyil, həm də gücünü, birliyini və əzmini dünyaya nümayiş etdirən lider ölkədir".

Bu sözləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Xalqcebhesi.az-a açıqlamasında söyləyib.

Onun fikrincə, 8 Noyabr paradı həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar verdi: "Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi Azərbaycanın keçdiyi tarixi inkişaf yolunu, dövlətimizin möhkəmlənməsini və xalq birliyinin gücünü bir daha ön plana çıxardı. Cənab Prezidentin qeyd etdiyi kimi, müstəqilliyin ilk illərindən bu günə qədər Azərbaycan böyük çətinliklərdən keçib, lakin xalqımızın birliyi, ordumuzun gücü və dövlətimizin iradəsi bu zəfəri mümkün etdi. 8 Noyabr paradı həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığımız qələbənin dönməzliyini nümayiş etdirdi.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Türkiyə və Pakistan rəhbərlərinin paradda iştirakı xüsusi qeyd olunması da böyük siyasi məna daşıyır. Bu, Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının və strateji tərəfdaşlığının nə qədər dərinləşdiyini göstərir. Artıq bu üç qardaş ölkə regionda sülhün, təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış edir. Parad həm də Azərbaycanın hərbi qüdrətinin, milli iradəsinin və dövlət birliyinin təntənəli nümayişi idi.Azərbaycan ordusunun gücü, xalqın birliyi və liderin uzaqgörən siyasəti bu paradda bir daha öz təsdiqini tapdı. Bu görüntü dostlarımız üçün qürur, düşmənlərimiz üçün isə ciddi xəbərdarlıq oldu. 8 Noyabr paradı həm də bir rəmzdir – Zəfərin, birliyin və müstəqil dövlət iradəsinin rəmzi".

Millət vəkili əlavə edib ki, Bu gün Azərbaycan öz suveren hüquqlarını qorumağa, bölgədə sülh və sabitliyi təmin etməyə hər zaman hazırdır: "Xalq–Ordu–Lider birliyi isə bu gücün ən böyük təminatıdır".

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources