EN

“Petux” sözünə görə qadının qolunu qırdı Bakıda səfirlik qarşısında dava

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Bakının mərkəzində gecə saatlarında dava olub.Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Fransa səfirliyinin qarşısında baş verib.20 yaşlı Maqsud Qədirov küçədə ona “sən xoruzsan” deyən qadının qolunu buraraq, sındırıb. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.İttiham aktına görə, zərərçəkən qadın küçədə Maqsuda cinsi azlıq olması barədə irad bildirib. Onlar arasında münaqişə də burdan başlayıb.Təqsirləndirilən şəxs deyib ki, restoranda çalışır və sifarişlərin çatdırılması ilə məşğuldur:“Həmin gün dostlarımla işdən çıxdım, bacım da yanımda idi. Bacım və dostlarım da gördü ki, saçım uzun olduğu üçün o qadın mənə “petux” (xoruz) dedi. Bu sözdən xoşum gəlmədi onun üstünə getdim ki, sən kimsən mənə belə deyirsən? Bu zaman qadın atamı və ailəmi söydü. Atam qazi olub, dünyasını dəyişib. Ona görə də buna göz yuma bilmədim. Həmin qadın içkili halda maşına əyləşərək məni təhqir etdi. Mənə sillə vurmaq istəyəndə onu itələdim. Qolu öz altında qalıb qırıldı”.Maqsud işinə yenidən baxılmasını istəyib.Zərərçəkən isə bildirib ki, hadisə olan gün qarşı tərəf 4 nəfər idi:“Onları görəndə yolumuzu dəyişmək istədik. Amma bizə söz atdılar. Niyə bizə sataşdıqlarını bilmirəm. Yolumuzu dəyişəndə yenə söz atdılar. Sözlərini xatırlamıram, amma adamı əsəbiləşdirən sözlər idi. Onlara gedin işinizlə məşğul olun deyəndə qolumu burdu. Yolda bütün maşınlar saxladı, bu da qaçıb getdi. Yanında 3 nəfər vardı, onlar niyə gəlməyiblər? Mən ona sataşmamışam, qolumu burub və əməliyyat olunmalıyam. Dırnaq ustası kimi fəaliyyət göstərirəm, işə gedə bilmirəm, tək uşağa baxıram. İşə gedə bilmirəm deyə uşaq evdə acdı”.Zərərçəkən təqsirləndirilən şəxsin bir də belə etməməsi üçün onun cəzalandırılmasını xahiş edib.Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda Maqsud Qədirov barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
www.bakupost.az

3Sources