EN

Niaqara şəlaləsi üçrəngli bayrağımızın rənglərində işıqlandırılıb

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi, Kanada Azərbaycan Evi və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə Niaqara şəlaləsi üçrəngli bayrağımızın rənglərində işıqlandırılıb.

Doğru.az qeyd edir ki, bu aksiyanın həyata keçirilməsi həm Azərbaycanın milli rəmzlərinə hörmətin, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirilir. Eyni zamanda, bu, diasporumuzun fəallığının bariz nümunəsi, həmrəyliyimizin güclənməsi və milli kimliyimizə olan sevginin qorunub saxlanılmasını göstərir.

Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması rəmzi xarakter daşıyır və dünya azərbaycanlılarının mənəvi birliyinə təsir edən əhəmiyyətli hadisə hesab olunur. Qeyd edək ki, bu aksiyalar son illər dəfələrlə həyata keçirilmişdir.

DOĞRU.AZ

Chosen
37
9
dogru.az

10Sources