EN

Aktauda qəzaya uğrayan təyyarəmiz üçün abidə ucaldılacaq - FOTO 

Qazaxstanın Aktau şəhəri yaxınlığında vurularaq qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə abidə ucaldılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Milli Qəhraman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.

"Ölkəmizin Qazaxstandakı səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksinin ucaldılması təxminən hadisənin il dönümü ərəfəsinə təsadüf edəcək". 

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş təyyarə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. Uzun müddət havada dövrə vuran təyyarə alınan zədələr səbəbindən qəzaya uğrayıb. Pilotların və bələdçilərin yüksək peşəkarlığı, şücaəti, cəsurluğu sayəsində bütün sərnişinlərin həlak olmasının qarşısı alınıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Bu səbəbdən hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Həmin fotoları təqdim edirik:

Chosen
14
16
moderator.az

10Sources