Suriyada Prezident Əhməd əş-Şəraanın öldürülməsini hədəfləyən iki sui-qəsd cəhdinin qarşısı alınıb.
News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata görə, qəsdi "İslam Dövləti" həyata keçirməyə planlayıb.
Qeyd edilir ki, sui-qəsdlərin üstü son bir neçə ay ərzində açılıb. Sui-qəsdlərdən biri Əhməd əş-Şəraanın iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimində" həyata keçirilməsi planlaşdırılırdı.
Digər detallar dəqiqləşdirilmir.