ABŞ prezidenti Donald Tramp “Vaşinqton Komanders” və “Detroit Lions” arasında keçirilən NFL-in müntəzəm mövsüm oyununu izləyib.
Publika.az xəbər verir ki, qarşılaşma Vaşinqtonda baş tutub və qonaq komandası 44:22 hesabı ilə qələbə qazanıb.
Tramp 1978-ci ildən sonra Amerikan futbol oyununu izləyən ilk ABŞ prezidenti olub. Həmin vaxt bu idman növü üzrə matçı prezident Cimmi Karter izləyib.