EN

Doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

Xəbər verdiyimiz kim, İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, İmişli sakini, Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb.

Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sancısı ilə xəstəxanaya aparılıb:

"Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq, həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burada gözləməyin və gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, yoldaşım xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq, ana və bətnindəki uşaq öldü".

Chosen
17
6
bakivaxti.az

10Sources