EN

İmişli xəstəxanasında ölən hamilə qadının həyat yoldaşı danışıbYENİLƏNİB-1

İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb.

Xezerxeber.az xəbər verir ki, İmişli sakini, Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb.

Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb. “Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burda gözləməyin və gedə bilərsiz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7 digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq və ana və bətnindəki uşaq öldü”.

10:37

Dünən saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Zəruri tibbi yardım göstərildikdən sonra o, ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

10:23

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
7
xezerxeber.az

10Sources