EN

Azarkeşlər Neymarı fitə basıb

Neymar Braziliya A Seriyasında “Santos”un daha bir məğlubiyyətdən qaçmasına kömək edə bilməyib. “Ağ-qaralar” səfərdə “Flamenqo”ya 2:3 hesabı ilə uduzub. 33 yaşlı hücumçu 86-cı dəqiqədə əvəzlənib. 

Apasport.az “The Touchline”a istinadən xəbər verir ki, məhz həmin an meydan sahibi komandanın azarkeşləri Neymara qarşı hörmətsizlik nümayiş etdiriblər.

Tribunalar onu fitə basıb, ünvanına təhqiramiz ifadələr səsləndiriblər. “Flamenqo” fanatları hətta onun komandasını mümkün B liqasına düşməklə ələ salıblar.

Bu görüş Neymarın təxminən iki aylıq fasilədən sonra start heyətində ilk çıxışı olub. O, yaxınlarda bud əzələsindəki zədəsini sağaldıb.

“Santos” hazırda 32 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Levandovski het-trik etdi – La Liqada tarix yazdı

“Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib

“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər

Messi 400-ə çatdı - “İnter Mayami” 1/4 finalda

“Əl-Əhli”nin futbolçusu “Tottenhem”in radarında

Chosen
58
1
apasport.az

2Sources