EN

FSB erməni mafiyasının fabrikində əməliyyat keçirdi – Samvel Karapetyan ilə əlaqələri araşdırılır - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kaluqa vilayətində yerləşən tütün istehsalı müəssisəsinə genişmiqyaslı əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, müəssisənin aksiz vergisindən yayınaraq böyük həcmdə saxta tütün məmulatları istehsal etdiyi müəyyən olunub. Rəsmi məlumatlara görə, dövlətə dəymiş zərərin miqdarı təxminən 1 milyard rubl təşkil edir.

Aparılan araşdırmalar zamanı fabrikin sahiblərinin kimliyi də diqqət mərkəzinə gətirilib. Kaluqa bölgəsinin xüsusilə tütün biznesində müxtəlif diaspor qruplarının aktivliyi ilə seçildiyi bildirilir. Bu baxımdan faktiki benefisiarların müəyyən edilməsi FSB-nin əsas istiqamətlərindən biri olub.

Məsələyə dair artıq əvvəlki mənbələr də mövcud idi. Hələ 2019-cu ildə “Kommersant” qəzeti yazmışdı ki, fabrik Qriqoryan, Mxitaryan və Kavalyan soyadlı şəxslərə məxsusdur və onların Rusiyada tanınmış erməni oliqarxı Samvel Karapetyanın biznes strukturları ilə əlaqəsi ola bilər. Qeyd olunur ki, Karapetyanın rəhbərlik etdiyi “Taşir” qrupu ilə fabrik sahibləri arasında dolayı maliyyə bağlarının mövcudluğu istisna edilmir.

Xatırladaq ki, Samvel Karapetyan biznes karyerasına məhz Kaluqa şəhərindən başlayıb və uzun illərdir Rusiya bazarında iri ticarət və sənaye layihələrinə sahibdir. Bu səbəbdən fabrikdə aşkarlanan pozuntuların yalnız vergi məsələləri deyil, həm də daha geniş maliyyə sxemlərinin tərkib hissəsi ola biləcəyi ehtimal olunur.

Hazırda FSB və istintaq orqanları müəssisənin tam fəaliyyət dövriyyəsini araşdırır, saxtalaşdırılmış məhsulların satış kanalları və tərəfdaş şəbəkələri müəyyən edilir.

Musavat.com arayış üçün bildirir ki, Samvel Karapetyan hazırda İrəvanda həbsdədir. O, Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərindən biridir və erməni müxalifətinin əsas sponsorudur.

Musavat.com

Chosen
391
11
musavat.com

10Sources