Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, yığma qarışıq komanda yarışının yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi rəqibini üstələyərək (4:1) finala yüksəlib.
Həlledici dueldə rəqib Özbəkistan olacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
13:36
Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.
Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
"Cebheinfo.az"