EN

Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb

Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Chosen
37
15
7news.az

10Sources