EN

Müşfiqabadda 1111 ədəd ağac əkiləcək

Bakı.Trend:

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıqAzərbaycanda ənənəyə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradəİbrahimova Trend-ə bildirib ki, bu il də Azərbaycan qardaşTürkiyənin bu təşəbbüsünü dəstəkləyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı iləölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdəgeniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfəolacaq”, – deyə İradə İbrahimova qeyd edib.

Nazirlik sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyüüçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyinidiqqətə çatdırıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin vəəməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabadqəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatıölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq.Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”.

Məqalədə:
Chosen
82
6
az.trend.az

7Sources