EN

Azərbaycana 9 ayda 2,2 milyard dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilib

BAKI,TurkicWorld

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,169 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 478,8 milyon ABŞ dolları və ya 28,3% çoxdur.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 9 ayında ölkəyə 1,690 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Chosen
13
2
turkic.world

3Sources