EN

Qızılın qiyməti tarixi rekordu yenilədi

Nyu-York Ticarət Birjasının “Comex” bölməsində qızılın qiyməti yeni tarixi maksimuma yüksəlib.

 

Senzor.az bildirir ki, 2025-ci ilin dekabr fyuçersləri üzrə bir troya unsiyasının qiyməti 4 050 dollar həddini keçib.

 

Bakı vaxtı ilə saat 05:22-yə olan göstəriciyə əsasən, qızılın qiyməti 4 054,30 dollar olub (artım +1,16%). Bir neçə dəqiqə sonra, 05:28-də qiymət 4 060 dollara (+1,3%) qədər yüksəlib.

 

Ekspertlər bildirirlər ki, qiymətin artımına qlobal iqtisadi qeyri-sabitlik, inflyasiya ilə bağlı narahatlıqlar və investorların riskli aktivlərdən uzaqlaşması səbəb olub.

Chosen
26
11
senzor.az

10Sources