EN

Elxan Şahinoğlu: Azərbaycanın Kukruznik taktikası hərb tarixinə düşdü

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ermənistanda siyasi gündəmi qarşılıqlı ittihamlar təşkil edir. Keçmiş prezident Serj Sarkisyan bildirib ki, “o, müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM) vasitələrinin yarısının necə itirildiyini hələ də anlamır”. Nikol Paşinyan cavabında deyib ki, günah Sarkisyan da başda olmaqla keçmiş hakimiyyətdədir: “Aldığınız HHM sistemi dəmir-dümür yığını, sözün əsl mənasında metal tullantısı idi. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər”.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, keçmiş və indiki hakimiyyət bir-birini ittiham etsə də, müharibənin ilk günlərində Ermənistanın HHM sistemlərinin yarısından çoxunun sıradan çıxmasının gerçək səbəbi Azərbaycan ordusunun dünyanın hərb tarixinə yenilik kimi düşən “Kukruznik əməliyyatı” idi: 

"Bu haqda daha öncə də yazmışıq: naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnma müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər. Bunun necə baş verdiyini nəinki Sarkisyan, yaxud Ermənistan, bütün dünya anlamadı. Bu gün Azadlıq meydanında parada çıxan Zəfər ordusunun 44 günlük müharibədə həyata keçirdiyi əməliyyatlar – Şuşanın azad edilməsi, dronlardan istifadə, aypara taktikasının tətbiqi və s. dünyanın hərbi nəzəriyyələrini dəyişdirib"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
sherg.az

1Sources